Dino Ndlovu yeni klubu ilə məşqlərə başladı

"Qarabağ"ın sabiq futbolçusu Dino Ndlovu Çinin “Xuançjou Qrintaun” komandasının düşərgəsinə qoşulub. SportLine.az xəbər verir ki, futbolçu sosial şəbəkə hesabında bu barədə məlumat verib.

27 yaşlı futbolçu yeni komandası ilə 2 illik müqaviləyə qol çəkib. Bu keçidin “Qarabağ”a 675 min funt-sterlinq qazanc gətirdiyi bildirilir.

Qeyd edək ki, Dino Ndlovu “Qarabağ”a 2016-cı ilin yayında “Anortosios”dən keçmişdi.