Diqqətlər AFFA-ya
Bu gün AFFA İcraiyyə Komitəsinin iclası keçiriləcək. İclasda müzakirə ediləcək məsələlər açıqlanmasa da, əsas diqqətin Azərbaycan çempionatının növbəti mövsümünə qatılacaq komandaların sayına yönəldiləcəyi gözlənilir. Xatırladaq ki, növbəti mövsümdə elitada 8 klubun mübarizə aparacağı bildirilir.