Diyeqo Kosta La Liqaya qayıdır

"Çelsi"nin hücumçusu Diyeqo Kosta karyerasını yenidən vətənində davam etdirə bilər. SportLine.az BBC Sport-a istinadən xəbər verir ki, "Atletiko" futbolçunun xidmətində maraqlıdır. 

Madrid təmsilçisi yay transfer pəncərəsində futbolçunun razılığını almağa çalışacaq.

Qeyd edək ki, D.Kosta 2014-cü ildə elə "Atletiko"dan "Çelsi"yə keçib.