Donald Gerye yenidən "Qarabağ"a keçə bilər

Mövsümün sonunda "Neftçi" ilə müqaviləsi başa çatacaq Donald Gerye klubdan ayrıla bilər.

Sportline.az xəbər verir ki, 31 yaşlı cinah futbolçusu keçmiş komandası "Qarabağ"a qayıtmaq istəyir. Haiti millisinin üzvü bu barədə agentini məlumatlandırıb.

"Neftçi" Geryeni daha 1 il komandada saxlamaq hüququna malikdir. Klub futbolçuya bu barədə fikrini çatdırıb.

Haitili oyunçu 2019-cu ildə "Qarabağ"dan "Neftçi"yə keçib.