Dördqat dünya çempionu komandanı dəyişə bilər

Formula 1 üzrə dördqat dünya çempionu Maks Ferstappen "Red Bull"dan ayrıla bilər.

Sportline.az xəbər verir ki, bu haqda "GPblog" məlumat yayıb.

Mənbənin bildirdiyinə görə onun sözügedən komanda ilə müqaviləsində bununla bağlı bənd var.

Belə ki, Ferstappen çempionatın ilk üçlüyündə yer almasa komandadan ayrılmaq hüququna malikdir.

Bəhreyn Qran-prisində 6-cı olan pilot üçüncü pilləyə enib. 

İndi o, ən yaxın izləyicisi Corc Rasseli cəmi 6 xal qabaqlayır. 

Qeyd edək ki, Ferstappenin 2026-cı ildə "Mersedes" komandasına keçəcəyi haqda xəbərlər dolaşmaqdadır.