“Dortmund” klubuda fransalı futbolçu üçün transfer yarışına girib

“Lion”un fransalı futbolçusu Rayan Çerki karyerasını Almaniya Bundesliqasında davam etdirə bilər.

Sportline.az “The Sun Football” nəşrinə istinadən xəbər verir ki, “Dortmund” klubu Rayan Çerki üçün "Lion"a rəsmi təklif göndərib.

Almaniya klubunun  rəhbərliyi R.Çerki üçün “Lion”a 35 milyon avro ödəməyə hazırdır.

Qeyd edək ki, Çerki ilə “Paris Sen-Jermen”, “Liverpul” və “Kristal Pelas”da yaxından maraqlanır.

21 yaşlı futbolçunun “Lion”la müqaviləsi 2026-cı ilin iyun ayına qədərdir.