"Dortmund" və "Milan" transfer yarışına girib
"Brayton"un isveçli futbolçusu Yasin Ayari mövsümün sonunda komandasını dəyişə bilər.
Sportline.az "Football İnsider" nəşrinə istinadən xəbər verir ki, "Borussiya Dortmund" və "Milan" Y.Ayari ilə yaxından maraqlanır.
21 yaşlı futbolçunun hazır ki dəyəri "Transfermarkt" portalına görə 12 milyon avro olaraq qiymətləndirilir.
Qeyd edək ki, Yasin Ayari cari mövsüm çıxış etdiyi 28 matçda 1 asistlə yadda qalıb.
Onun "Brayton"la müqaviləsi 2027-ci ilin iyun ayına qədər nəzərdə tutulub.