Draksler "Barsa"ya getmək istəyir
PSJ-dən ayrılmaq niyyətində olan Yulian Draksler "Barselona" forması geyinmək niyyətindədir. SportLine.az "Marca"ya istinadən xəbər verir ki, almaniyalı futbolçunun bu qərarı verməsinə səbəb Neymardır.
"Sambaçı"nın transferindən sonra əsas heyətdə oynamaq imkanı tapmayan Y.Draksler, "Barselona" ilə rəsmi danışıqlara başlayıb. Futbolçunun menecerinin yaxın günlərdə danışıqların nəticələri ilə bağlı aşıqlama verəcəyi gözlənilir.
Qeyd edək ki, bir neçə gün öncə "France Football"un xəbərində PSJ-nin Y.Drakslerlə yanaşı, Anxel Di Marianı da satmaqda maraqlı olduğu deyilirdi.