Dumfiris yayda "İnter"dən ayrılacaq

"İnter"in sağ cinah müdafiəçisi Denzel Dumfiris yayda komandasını dəyişəcək.

Sportline.az xəbər verir ki, bu haqda "Sport İtalia" nəşri məlumat yayıb.

29 yaşlı futbolçu cari mövsüm meydana çıxdığı 15 matçda 3 qolla yadda qalıb.

Qeyd edək ki, D.Dumfirisin dəyəri 25 milyon avrodur.