Dünya çempionatı 200 milyard dollara başa gələcək

Qətər hökuməti 2022-ci il dünya çempionatına hazırlığı davam etdirir. Sportline.az xəbər verir ki, ərəblər mundialın infrastrukturu üçün həftəyə təxminən 500 milyon dollar vəxait xərcləyir. Qətərin maliyyə naziri Əl-Şərif Əl Emadinin sözlərinə görə əsas obyektlərin tikintisinə növbəti 3-4 ildə də bu qədər vəsait sərf olunacaq. Ümumilikdə isə, çempionatın keçirilməsinə 200 milyard dollar xərclənəcəyi bildirilir.