Dünya çempionatı: Milli üçüncü yer uğrunda oyunda uduzdu
Azərbaycanın minifutbol üzrə U-23 millisi Xorvatiyanın Malıy Loşin şəhərində təşkil olunan dünya çempionatında üçüncü yer uğrunda oyunda məğlub olub.
Sportline.az xəbər verir ki, komandamız Serbiyanın müvafiq yaş qrupundan ibarət seçməsinə 0:3 hesabı ilə uduzub.
Qeyd edək ki, Azərbaycan millisi yarımfinalda Çexiyaya 3:4 hesabı ilə məğlub olub.
Komanda 1/4 finalda İngiltərədən (3:0) güclü olub.
Qrupda isə Hindistanı16 cavabsız qolla üstələsə də, Serbiya (1:5) və Çexiyaya (0:2) uduzub.