Dünya çempionatına 48 komanda qatılacaq

2026-cı il futbol üzrə dünya çempionatının final mərhələsinə 48 komanda qatılacaq. Sportline.az xəbər verir ki, FİFA bu haqda qərar qəbul edib. Beynəlxaq Futbol Federasiyaları Assosiasiyasının mətbuat xidmətinin yaydığı xəbərdə bildirilir ki, 2026-cı il mundialının həlledici mərhələsi hərəsində 3 komanda olan 16 qrupda keçiriləcək.