Dünya çempionatının məkanı dəyişdi

Şosse velosipedi üzrə İsveçrədə keçirilməli olan dünya çempionatı İtaliyada təşkil olunacaq. 

Sportline.az Beynəlxalq Velosipedçilər İttifaqının rəsmi saytına istinadən xəbər verir ki, yarış 24 - 27 sentyabrda Emiliya-Romanya regionundakı İmola şəhərində gerçəkləşəcək. 

Yarışın proqramı isə qısaldılıb. Gənclərin iştirakı ilə yürüşlər ləğv olunub. Nəticədə dünya çempionatı elit kateqoriyasında fərdi və qrup ötüşməsi formasında olacaq. 

Qeyd edək ki, İsveçrə çempionata ev sahibliyindən epidemioloji vəziyyətlə əlaqədar imtina edib. Əslində İtaliya avqustda Fransa keçirilmiş Avropa çempionatına ev sahibliyi etməli idi. Lakin ölkədə koronavirus pandemiyasının tüğyan etməsi ilə əlaqədar təşkilatçılıqdan imtina olunmuşdu.

Qitə çempionatında Azərbaycan karantinin tətbiq olunacağı faktı ilə əlaqədar təmsil olunmayıb. Bu qayda mundiala da şamil olunsa, milli komandanın İtaliyaya yollanması da baş tutmayacaq.