Dünya Çempionatının püşkü atıldı
Bu gün DÇ-2018-in final mərhələsinin püşkü atılıb. SportLine.az püşkatmanın nəticələrini diqqətinizə çatdırır:
"A" QRUPU Rusiya |
"E" QRUPU Braziliya |
"B" QRUPU Portuqaliya |
"F" QRUPU Almaniya |
"C" QRUPU Fransa |
"G" QRUPU Belçika |
"D" QRUPU Argentina |
"H" QRUPU Polşa |
Bu gün DÇ-2018-in final mərhələsinin püşkü atılacaq. SportLine.az xəbər verir ki, Moskvada - Dövlət Kreml Sarayında keçiriləcək tədbir Bakı vaxtı ilə saat 19:00-da start götürəcək.
Mərasimin aparıcıları ingiltərəli veteran futbolçu Hari Lineker və rusiyalı telejurnalist Mariya Komandnaya olacaq.
Püşkatmadan öncə komandalar FİFA reytinqinə əsasən səbətlərə bölünüb:
Rusiya meydan sahibi kimi "A" qrupunun ilk komandası olacaq.
A səbəti: Rusiya, Almaniya, Braziliya, Portuqaliya, Argentina, Belçika, Polşa, Fransa;
B səbəti: İspaniya, Peru, İsveçrə, İngiltərə, Kolumbiya, Xorvatiya, Meksika, Uruqvay;
C səbəti: Danimarka, İsveç, İslandiya, Kosta-Rika, Tunis, Misir, Seneqal, İran;
D səbəti: Serbiya, Nigeriya, Yaponiya, Mərakeş, Panama, Cənubi Koreya, Səudiyyə Ərəbistanı, Avstraliya.
Qeyd edək ki, DÇ-2018 14 iyun - 15 iyulda Rusiyanın 11 şəhərində keçiriləcək.