Dünya çempionatlarının vaxtı müəyyənləşdi

FİFA koronavirus pandemiyası üzündən təxirə salınan turnirlərin yeni tarixlərini müəyyənləşdirib.

Sportline.az xəbər verir ki, bu barədə qərarı qurumun Şurası açıqlayıb.

U-20 qızlar arasında dünya çempionatı 2021-ci il yanvarın 20-dən fevralın 6-dək Kosta-Rika və Panamada təşkil olunacaq. U-17 qızlar arasında Hindistandakı DÇ-2020 isə 2021-ci il fevralın 17-dən martın 7-dək baş tutacaq.

Futzal üzrə dünya çempionatı 2021-ci il sentyabrın 12-dən oktyabrın 3-dək Litvada təşkil olunacaq.