Dünya çempionlarımız Vətənə qayıtdılar
Portuqaliyanın Albufeyra şəhərində keçirilən dünya çempionatında rekorda imza atan kikboksinq üzrə Azərbaycan millisi Vətənə qayıdıb.
Sportline.az xəbər verir ki, komandamız Heydər Əliyev Beynəlxalq Aeroportunda böyük coşqu ilə qarşılanıb. 10 gün davam edən yarışda idmançılarımız 13 medal qazanıblar. Onlardan 6-sı qızıl, 1-i gümüş, 6-sı bürünc mükafat olub.
Sübhan Mamedov, Elvin Məmmədov, Amin Quliyev, Surət Qarayev qızıl, Orxan Məlikov gümüş, Elcan Alkişiyev, Rauf Gərayzadə, Fərid Ağamoğlanov, Allahverdi Dəmirov, Ramiz Məmmədov və Qəşəm Məmmədov bürünc medala yiyələnib. Federasiyanın prezidenti Orxan Əliyev və komandaya başçılıq edən I vitse-prezident Ramal Aslanov da dəstək üçün Portuqaliyada olublar.
Qeyd edək ki, dünya çempionatına komandamız baş məşqçi Elşən Abdulrəhimovun başçılığı altında hazırlaşıb. Qarşıda kikboksinq millimizi dekabrda Almaniyada Heydər Əliyevin 100 illiyinə həsr olunmuş beynəlxalq yarış gözləyir.