Dünya çempionumuz həlak oldu

Sərbəst güləş üzrə seçmə komandamızın üzvü Sultan Nəsrullayev Rusiyada ağır yol-nəqliyyat hadisəsində həlak olub. 
 
Sportline.az xəbər verir ki, bununla bağlı əslən dağıstanlı olan idmançının yaxınları məlumat verib. 
 
Qəza yanvarın 25-də Moskva-Həştərxan magistralının 607-ci kilometrliyində Voronej vilayətinin Qribanovskiy rayonunda olub. 
 
Hadisə zamanı S.Nəsrullayevdən başqa üç nəfər də həyatını itirib. 
 
Qeyd edək ki, 54 kq çəki dərəcəsində çıxış edən S.Nəsrullayev 2011-ci il avqustun 25-də Macarıstanın Szombatxel şəhərində yeniyetmə güləşçilərin dünya çempionatında qızıl medal qazanıb.(oxu.az)