Dünya çempionumuz karantindən buraxıldı

Pauerliftinq üzrə dünya çempionu Hafiz Verdiyev karantindən evə buraxılıb.
 
Sportline.az xəbər verir ki, əməkdar idman ustasının ikinci testinin nəticəsi də neqativ çıxıb.
 

 
Qeyd edək ki, dünən üç idmançımız karantindən evə buraxılmışdı. Hazırda karantin rejimində saxlanılan iki qadın voleybolçumuz var. Bunlar Yuliya Kərimova və Marqarita Əzizovadır.