Dünya çempionumuz qəzaya uğrayıb

Kikboks üzrə dünya və Avropa çempionu Anar Suleymanov avtomobil qəzası keçirib.

Sportline.az xəbər verir ki, bu barədə idmançı ATV kanalında yayımlanan “7 canlı” axşam şousunda qonaq olduğu zaman məlumat verib.

Canlı efirə 20 dəqiqə gecikən A.Suleymanov başına gələn hadisəni belə nəql edib:

“Verilişə gecikməyimin səbəbi ATV-yə gələndə keçirdiyim qəza oldu. Qarşıma gözlənilmədən avtomobil çıxdı. Bir az qanqaraçılıq oldu, amma keçdi. Düz hərəkət etməli idim, anidən yolu dəyişib sağa getmək istədim.

Sağa döndüm və 100 metrdən sonra başqa bir avtomobillə toqquşdum. Əslində, günah məndə deyildi. Şükür olsun ki, nə mən, nə də ki digər avtomobilin sürücüsü xəsarət almadıq. İkimiz də sağ-salamatıq”.