Dünya çempionumuzun AVRO 2020 ilə bağlı proqnozu
Kikboks üzrə dünya və Avropa çempionu Fuad Zeynalov AVRO-2020 ilə bağlı fikirlərini bölüşüb.
Əməkdar idman ustası Sportline.az saytına açılamasında əsas favoritinin Fransa millisi olduğunu bildirib: "Bu komanda güclü heyətə malikdir. Çempionatdan əvvəl də əsas favoritim Fransa millisi idi. Qrup mərhələsindəki çıxışı da zənnimdə yanılmadığımı sübut etdi. F qrupu kimi çətin qrupdan məhs onlar lider olaraq çıxdılar. Fikrimcə 1/8 finalda İsveçrəni də mübarizədən kənarlaşdıracaqlar. Ümumiyyətlə bu komandanı ən azı finalda görürəm."
Sərhəd Qoşunları mayoru, Bakının da Avropa çempionatının ev sahiblərindən biri olmasından qürur hissi keçirdiyini deyib: "Azərbaycan növbəti dəfə böyük yarışların yüksək səviyyəli təşkilatçısı kimi özünü təsdiqlədi. Bir vətəndaş olaraq ölkəmlə fəxr edirəm!"