Dünya çempionunun qızı həbsdə

Boks üzrə sabiq dünya çempionu, Floyd Meyvezerin qızı İyanna Meyvezer həbs edilib.
 
Sportline.az xəbər verir ki, o, başqa bir qıza bıçaqla hücum edib.
 
Təqsirləndirilən şəxs hazırda Texas ştatının Harris şəhəri yaxınlığında yerləşən həbsxanada saxlanılır.
 
Zərərçəkən xəstəxanada müalicəsini davam etdirir. Onun vəziyyəti barədə məlumat verilmir.