Dünya kubokunda növbəti medal

Pauerliftinq idman növü üzrə Paralimpiya Milli Komandamızın idmançıları Birləşmiş Ərəb Əmirliklərində Dünya kuboku yarışlarında iştirak edirlər. 

SportLine.az xəbər verir ki, bu gün yarışlara qatılan idmançımız Şamo Aslanov 107 və yuxarı çəki dərəcəsində yarışan idmançılar arasında 206 kq ağırlığı qaldıraraq üçüncü yerə layiq görülüb. 

Xatırladaq ki, yarışların ilk günündə 49 kq çəki dərəcəsində mübarizə aparan Azərbaycan yığmasının üzvü Pərvin Məmmədov 145 kq ağırlığı qaldıraraq gümüş medal qazanıb.

Azərbaycan Milli Paralimpiya Komitəsinin məlumatı