Ən çox məvacib alan məşqçinin adı açıqlandı

Madrid "Atletiko"sunun baş məşqçisi Dieqo Simeone, dünyanın ən çox məvacib alan məşqçisidir.

Sportline.az xəbər verir ki, bunu nüfuzlu L’Équipe dərgisi açıqlayıb.

Argentinalı mütəxəssis ayına 3,6 milyon avro maaş alır.

Onun ardınca siyahıda Xosep Qvardyola  (1,9 mln), Joze Mourinyo və Yurgen Kloppun ( hərəyə 1,46 mln ) adı gəlir.