Dünyanın bir nömrəli tennisçisi profilindən Rusiya bayrağını götürüb
Dünyanın bir nömrəli tennisçisi, rusiyalı Daniil Medvedev instaqram səhifəsindən ölkəsinin bayrağını çıxarıb.
Sportline.az "RİA "Novosti"yə istinadən xəbər verir ki, 26 yaşlı idmançının profilinin təsvirində bayraqdan başqa digər bütün elementlər dəyişməz qalıb.
Daha əvvəl orada "peşəkar tennisçi" sözlərindən sonra Rusiya bayrağı yer almışdı.
Qeyd edək ki, Daniil Medvedev fevralın 28-də dünyanın bir nömrəli raketka ustası olub.