Dünyanın ən məhsuldar futbolçusu bəlli oldu

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) 2016-cı ilin ən məhsuldar oyunçusunun adını açıqlayıb. SportLine.az xəbər verir ki, Uruqvay millisinin və "Barselona" klubunun hücumçusu Luis Suarez 40 qolla zirvədə qərarlaşıb. O, üçüncü dəfə bu uğura nail olub. 2010-cu ildə “Ayaks”, 2014-cü ildə “Liverpul”un heyətində dünyanın ən məhsuldar futbolçusu seçilən Suarez Zlatan İbrahimoviç və Qonzalo İquaini qabaqlayıb. 

Qeyd edək ki, Suares 3 dəfə, həm də üç fərqli klublar planetin ən yaxşı bombardiri olan ilk futbolçudu. O, 2 dəfə bu uğuru qazanan Kriştianu Ronaldo, Lionel Messi və Mario Jardeli arxada qoyub.