Dünyanın ən varlı 10 idmançısı
İdman dünyasında bəzi adlar təkcə qazandıqları titullarla deyil, topladıqları sərvətlə də tarixə düşüb.
Sportline.az xəbər verir ki, onların gəlirləri maaş, mükafatlar, sponsorluq anlaşmaları və şəxsi biznes layihələrindən formalaşıb.
Aşağıda bütün dövrlər üzrə dünyanın ən varlı idmançıları sırasında yer alan məşhur adlar təqdim olunur.
1. Maykl Cordan (Basketbol)
NBA tarixinin ən böyük əfsanəsi sayılan Michael Jordan ən varlı idmançı kimi tanınır. Onun əsas gəliri “Air Jordan” brendi və biznes yatırımlarından əldə olunur.
2. Tayqer Vuuds (Qolf)
Qolf tarixinin ən uğurlu simalarından biri olan Tiger Woods illərdir sponsorluq müqavilələri və turnir gəlirləri ilə siyahının ön sıralarında yer alır.
3. Kristiano Ronaldo (Futbol)
Portuqaliyalı ulduz həm futbol maaşı, həm də reklam və şəxsi brendləri sayəsində dünyanın ən çox qazanan futbolçularındandır.
4. Lebron Ceyms (Basketbol)
NBA-nin aktiv ulduzlarından olan LeBron James idmanla yanaşı, film sənayesi və biznes sahəsində də böyük gəlir əldə edir.
5. Lionel Messi (Futbol)
Futbol tarixinin ən istedadlı oyunçularından biri sayılan Messi yüksək maaşlar və qlobal sponsorluqlarla böyük sərvət toplayıb.
6. Floyd Meyveyzır (Boks)
“Uduzmayan çempion” kimi tanınan Mayweather, xüsusilə ödənişli döyüşlərdən qazandığı məbləğlə rekordlar qırıb.
7. Rocer Federer (Tennis)
Tennis karyerasını başa vursa da, Federer sponsorluq müqavilələri sayəsində ən zəngin idmançılar arasında qalmaqdadır.
8. Neymar Junior. (Futbol)
Braziliyalı futbolçu yüksək transfer məbləğləri və reklam gəlirləri ilə siyahının diqqətçəkən adlarındandır.
9. Kobi Braynt (Basketbol)
Mərhum basketbol əfsanəsi Kobe Bryant karyerası dövründə və sonrasında etdiyi yatırımlarla böyük sərvət toplamışdı.
10. Devid Bekhem (Futbol)
Beckham futbolu bitirdikdən sonra da brend əməkdaşlıqları və klub sahibliyi ilə gəlirini artırmağa davam edib.
Bu idmançılar sübut edirlər ki, zirvəyə çıxmaqla yanaşı, düzgün strategiya və biznes düşüncəsi ilə idmandan kənarda da böyük uğur qazanmaq mümkündür. İdman artıq təkcə yarış deyil, eyni zamanda milyardlarla dollar dövriyyəsi olan qlobal sənayedir.