Dünyanın ən yaxşı qapıçısı müəyyənləşdi

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) dünyanın ən yaxşı qapıçısının adını açıqlayıb. SportLine.az xəbər verir ki, qurumun keçirdiyi sorğuda Almaniya millisinin və "Bavariya"nın qolkiperi Manuel Noyer ən yaxşı seçilib.

Qurumun internet saytında aparılan və 56 ölkədən jurnalistlərin və idman mütəxəssislərinin iştirak etdiyi sorğuda 156 xal toplayan Noyer ardıcıl dördüncü dəfə hər kəsdən üstün olub.

Daha əvvəl ardıcıl 4 dəfə mükafat qazanmış italiyalı əfsanə Canluici Buffon isə bu dəfə ikinciliklə kifayətlənib. Cici 91 xal toplayıb.

Portuqaliya milli komandasının və “Sportinq”in qapıçısı Rui Patrisio isə 50 xalla ilk üçlüyü tamamlayan futbolçu olub.