Duqlas Luizin transfer qiyməti açıqlanıb
"Yuventus" brazilyalı futbolçusu Duqlas Luiz üçün 40 milyon avro tələb edir.
Sportline.az "Tutto sport" nəşrinə istinadən xəbər verir ki, "Vest Hem Yunayted" və "Everton" Duqlası transfer etmək üçün hərəkətə keçib.
27 yaşlı futbolçu daha əvvəl İngiltərədə "Aston Villa" və "Mançester Siti" formasını geyinib.
Qeyd edək ki, D.Luiz ötən mövsüm 27 rəsmi matçda iştirak edib. Məhsuldarlıq göstəricisi yoxdur.