Eddi İsrafilov böyük hesablı qələbədə pay sahibidir

Milli komandamızın futbolçusu Eddi İsrafilovun çıxış etdiyi İspaniya "Kadiz”i  növbəti mövsümə hazırlıq çərçivəsində ilk yoxlama oyununu keçirib.Sportline.az xəbər verir ki, Sequnda təmsilçisi İspaniyanın aşağı liqa klublarından olan "Barbate” ilə qarşılaşıb. Görüş “Kadiz”in  13:1 hesablı qələbəsi ilə başa çatıb.  

Start heyətində meydana çıxan və fasilədə əvəzlənən İsrafilov komandasının 4-cü qolunun müəllifi olub.