Eddi İsrafilov "Kadiz"ə qələbə qazandırdı
Azərbaycan millisinin üzvü - Eddi İsrafilovun şərəfini qoruduğu "Kadiz" yoxlama görüşündə qüvvəsini sınayıb. SportLine.az xəbər verir ki, rəqib “Sanluqueno” kollektivi olub.
Matçın taleyini bir qol həll edib. 75-ci dəqiqədə fərqlənən Eddi komandasına qələbə qazandırıb.