Eddi İsrafilovun yeni klubu müəyyənləşdi
Azərbaycan millisinin üzvü Eddi İsrafilov karyerasını İspaniya II Liqasında davam etdirəcək. SportLine.az xəbər verir ki, müqavilə ilə "Mursiya" klubuna məxsus olan futbolçu "Kordoba"ya keçib.
Qeyd edək ki, 23 yaşlı hücumçu mövsümün ilk yarısında icarə əsasında "La Liqa"da yarışan "Eybar"da çıxış edib.