Eddi oynamadı, komandası ilk qələbəsini qazandı

Azərbaycan millisinin üzvü Eddi İsrafilovun şərəfini qoruduğu "Ximnastik" "Sequnda"da növbəti oyununa çıxıb. SportLine.az xəbər verir ki, rəqib "Albasete" kollektivi olub.

Qarşılaşma Tarraqona təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 3:1.

Bu, "Ximnastik"in mövsümdə ilk qələbəsi olub.

E.İsrafilovun adı matçın iştirak ərizəsinə salınmayıb.

Qeyd edək ki, "Ximnastik" 5 turdan sonra 22 komanda arasında 20-cidir.