Eddinin məhsuldar ötürməsi

Azərbaycan millisinin üzvü - Eddi İsrafilovun şərəfini qoruduğu "Kadiz" növbəti yoxlama görüşündə qüvvəsini sınayıb. SportLine.az xəbər verir ki, rəqib "Levante" kollektivi olub.

Oyun "Levante"nin qələbəsi ilə yekunlaşıb - 2:1.

E.İsrafilov ikinci hissənin əvvəlində meydana daxil olub. O, komandasının yeganə qolunun ötürməsinin müəllifi olub.

Qeyd edək ki, Eddi bundan əvvəl 2 yoxlama oyununda 2 qol, 2 qol ötürməsi ilə yadda qalıb.