Eden Azar imicini dəyişdi

"Real”ın futbolçusu Eden Azar imicini dəyişib.

Sportline.az xəbər verir ki, belçikalı yarımmüdafiəçi başını keçəl edib.

Hazardın yeni imicində şəklini onun bərbəri “instagram” hesabından paylaşıb.

Xatırladaq ki, ötən gün karantində olan "Mançester Yunayted"in futbolçuları Pol Poqba və Antoni Marsyal da keçəl şəkillərini "instagram"da paylaşıblar.