Ederson: "Mançester Siti"də özümü xoşbəxt hiss edirəm"
"Mançester Siti"nin brazilyalı futbolçusu Ederson karyerası ilə bağlı danışıb.
Sportline.az "The Athletic" nəşrinə istinadən xəbər verir ki, təcrübəli qapıçı klubda xoşbəxt olduğunu söyləyib.
"Mançester Siti"də özümü xoşbəxt hiss edirəm. Medyada çıxan bütün xəbərlər yalandı. Bu informasiyaları dostlarım mənə göndərir. Siz bunlara inanmayın. Bu klubu sevirəm və karyeramı burada davam etdirmək istəyirəm", - deyə Ederson bildirib.
Qeyd edək ki, Ederson 2017-ci ildən "Mançester Siti"nin şərəfini qoruyur.