Eduardo Kamavinqa ayrılır?

"Real Madrid"in fransalı yarımmüdafiəçisi Eduardo Kamavinqa yayda klubdan ayrılma ehtimalı böyükdür.

Sportline.az xəbər verir ki, sözügedən oyunçu ilə "Liverpul" yaxından maraqlanır.

Bu haqda "Defensa Central" nəşri məlumat yayıb.

Qeyd edək ki, Kamavinqanın transfer qiyməti 50 milyon avrodur.

O, 2021-ci ildən "Real"da çıxış edir.