Əfsanə mövsümün sonunda ayrılacaq

"Real Madrid"in əfsanəsi Dani Karvaxal mövsümün sonunda klubdan ayrılacaq.

Sportline.az xəbər verir ki, ispaniyalı sağ cinah müdafiəçisi azad agent kimi komandanı tərk edəcək.

Bu haqda "The Athletic" nəşri məlumat yayıb.

Qeyd edək ki, Karvaxal "Real Madrid"lə 26 titul qazanıb. O, 6 qat Çempionlar Liqası qalibidir.