Əfsanənin oğlu ən yaxşı seçildi

"Lester"in qapıçısı Kasper Şmeyhel başa çatmaqda olan mövsümdə komandasının ən yaxşısı seçilib. Sportline.az xəbər verir ki, bu haqda klubun rəsmi saytında məlumat yayılıb. 28 oyuna 40 top buraxan 30 yaşlı futbolçu, azarkeşlərin səsverməsində 75 faizlə digərlərini qabaqlayıb.

Xatırladaq ki, Kasper, "Mançester Yunayted"in əfsanəvi qapıçısı Petr Şmeyhelin oğludur.