Əfsanəvi basketbolçu "Monako"-"Barselona" görüşünü stadiondan izləyir

Əfsanəvi ABŞ-li basketbolçu Maykl Cordan UEFA Çempionlar Liqasının 2024/2025 mövsümünün 1-ci turunda keçirilən "Monako"-"Barselona" matçına gəlib.

Sportline.az xəbər verir ki, saat 23:00-da başlayan görüş Monakoda yerləşən "Sen Lui 2" stadionunda keçirilir.

Maykl Cordan tarixin ən yaxşı basketbolçularından biridir. O, 1980 və 1990-cı illərdə basketbolun və NBA-nın dünyada populyarlaşmasında mühüm rol oynayıb.

Qeyd edək ki, hazırda 35-ci dəqiqəsi oynanalıan matçda hesab bərabərdir.1-1.Qonaqlar 11-ci dəqiqədən meydanda 10 nəfərlə mübarizə aparırlar.