"Əl-Hilal" futbolçusu ilə yeni müqavilə bağlayıb

"Əl-Hilal" serbiyalı futbolçusu Sergey Milinkoviç-Saviçlə 2029-cu ilin yayına qədər yeni müqavilə bağlayıb.

Sportline.az xəbər verir ki, bu haqda Səudiyyə Ərəbistanı klubunun rəsmi saytı məlumat yayıb.

30 yaşlı yarımmüdafiəçinin dəyəri "Transfermarkt" portalına görə, 17 milyon avrodur.

Qeyd edək ki, Saviç bu mövsüm meydana çıxdığı 14 matçda 2 qol, 2 məhsuldar ötürmə müəllifi olub.