“Əl-Hilal” “Liverpul”un ulduzuna göz qoydu
“Liverpul”un rəhbərliyi və baş məşqçisi ilə problem yaşayan misirli ulduz futbolçu Mohamed Salah klubdan ayrılmaq istəyir.
Sportline.az xəbər verir ki, “Əl-Hilal” yanvar ayında “Liverpul”a rəsmi təklif göndərəcək.
33 yaşlı oyunçunun Mersisayd klubu ilə sözləşməsi 2027-ci ilin iyun ayına qədərdir.
Qeyd edək ki, “Əl-Hilal”ın rəhbər heyətindən bir neçə şəxs 13 dekabrda keçiriləcək “Liverpul” – “Brayton” görüşünü izləmək üçün “Enfild” stadionunda gələcək.