Əl-Hilal” Rafinya üçün 100 milyon avrodan çox ödəməyə hazırdır
“Əl-Hilal” klubu Rafinyanı əsas transfer hədəfi kimi müəyyənləşdirib.
Sportline.az xəbər verir ki, Səudiyyə Ərəbistanı təmsilçisi braziliyalı vingerin transferi üçün “Barselona”ya 100 milyon avrodan artıq təklif təqdim etməyə hazırdır.
Bu barədə "The Full Time 90" nəşri məlumat yayıb.
Bundan əlavə “Əl-Hilal” futbolçuya hazırda “Barselona”da qazandığı maaşın 4 qatına bərabər əməkhaqqı təklif etməyi planlaşdırır.
Rafinya gələcəyi ilə bağlı qərarı Dünya Çempionatından sonra verəcəyini bildirib.
“Barselona” rəhbərliyi və klubun idman direktoru Deko artan maraqdan tam xəbərdardır və uyğun təklif gələcəyi təqdirdə futbolçunun satışı nəzərdən keçirilə bilər.