"Əl-Hilal" "Vest Hem"in təklifini rədd edib
"Vest Hem Yunayted" "Əl-Hilal"ın hücumçusu Markos Leanardo üçün 20 milyon avroluq rəsmi təklif göndərib.
Sportline.az "Hammers News" nəşrinə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı klubu bu təklifi geri çevirib.
"Əl-Hilal"ın rəhbərliyi 22 yaşlı oyunçunu satmaq niyyətində deyil.
Qeyd edək ki, M.Leanardo bu mövsüm çıxış etdiyi 19 matçda 15 qol, 1 asistlə yadda qalıb.