"Əl-Hilal"dan transfer bombası

"Əl-Hilal" "Barselona"nın ispaniyalı ulduzu Lamin Yamal üçün 400 milyon avro ödəməyə hazırdır.

Sportline.az xəbər verir ki, bu haqda "Fichajes" nəşri məlumat yayıb.

Səudiyyə Ərəbistanı klubunun rəhbərliyi 18 yaşlı sağ cinah vingerinin meneceri ilə əlaqə saxlayıb.

Qeyd edək ki, L.Yamal cari mövsüm meydana çıxdığı 5 matçda 2 qol, 4 asistlə yadda qalıb.