Kapitan gəmini tərk edə bilər

Səudiyyə Ərəbistanının güclü klublarından biri "Əl-Hilal" "Liverpul"un kapitanı Vircil van Deyki transfer etmək üçün hərəkətə keçib. 

Sportline.az "Fichajes" nəşrinə istinadən xəbər verir ki, İngiltərə komandası ilə müqaviləsi 2025-ci ilin iyununda başa çatacaq holland müdafiəçiyə “Əl-Hilal” tərəfindən illik 20 milyon avrodan çox maaş təklif olunub. 

33 yaşlı ulduz futbolçu "Liverpul"un müdafiə xəttinin ən önəmli adlarından biri kimi diqqət çəkir. Lakin müqaviləsinin başa çatmaq üzrə olması bir çox klubların marağına səbəb olub. 

“Əl-Hilal”ın təklifi iqtisadi nöqteyi-nəzərdən kifayət qədər cəlbedici olsa da, Van Dijkin karyera planlaması ilə bağlı hansı qərarı verəcəyi hələlik bəlli deyil.

Bu mövsüm "Liverpul"un heyətində 40 oyuna çıxan Van Deyk 3 qol vurub və 1 məhsuldar ötürmə edib.