"Əl-Hilal"ın Salah israrı davam edir

"Liverpul"un futbolçusu Mohamed Salah yay komandadan ayrılacaq.

Sportline.az "BBC Sport"a istinadən xəbər verir ki, "Əl-Hilal" 33 yaşlı oyunçunu heyətinə qatmağı düşünür.

Salah hazırda Mersisayd klubunun heyətindən çıxarılıb. Sözügedən futbolçu baş məşqçi Arne Slotla problem yaşayır.

Qeyd edək ki, Misir millisinin üzvü 2017-ci ildən "Liverpul"da çıxış edir.