"Əl-İttihad" ulduz futbolçunu transfer etməyi planlaşdırır

"Əl-İttihad" Mohamed Salahı heyətinə qatmaq üçün hərəkətə keçib.

Sportline.az xəbər verir ki, bu haqda jurnalist Santi Aouna məlumat yayıb.

Səudiyyə Ərəbistanı klubu Salahın meneceri danışıqlara başlayıb.

Qeyd edək ki, Misir millisinin üzvünün Mersisayd təmsilçisi ilə müqaviləsi 2027-ci ilin iyun ayına qədərdir.