"Əl-İttihad"ın baş məşqçisi bəlli olub

Səudiyyə Ərəbistanının “Əl-İttihad” klubu yeni baş məşqçisini təqdim edib.

Sportline.az xəbər verir ki, portuqaliyalı mütəxəssis Serjio Konseysao Səudiyyə klubunun baş məşqçisi təyin olunub.

Bu barədə klubun rəsmi mətbuat xidməti məlumat yayıb.

50 yaşlı məşqçi ilə müqavilənin müddəti 2027-ci ilin yayına qədərdir.

Qeyd: Konseysao son olaraq İtaliyanın “Milan” klubunda çalışıb.