"El-Klasiko" öncəsi məşqçi fikirləri

Sabah futbolsevərlər növbəti "Real" - "Barsa" duelinə şahidlik edəcəklər. SportLine.az xəbər verir ki, baş məşqçilər oyunöncəsi mətbuat konfransında "El-Klasiko" ilə bağlı fikirlərini bildiriblər:

Zinəddin Zidan ("Real"): "Çempion hələ müəyyənləşməyib. Biz mübarizəmizi davam etdirəcəyik. Mövsüm uzundur, "Barselona" ilə oyun isə daha bir qarşılaşmadır. Ronaldu 100 faiz hazırdır. Biz yaxşı formadayıq. Yeganə narahatlığım futbolçularımın necə çalışmasıdır. Çempionatın liderinə - güclü komandaya qarşı vacib 3 xal üçün oynayacağıq".

Ernesto Valverde ("Barselona"): "Vacib və çətin oyuna çıxacağıq. Favorit deyilik. Belə oyunlarda turnir cədvəlindəki vəziyyət əhəmiyyət kəsb etmir. Yaxşı formadayıq və sabahkı oyunda bunu sübut etməyə çalışacağıq".

Qeyd edək ki, "Real" - "Barselona" görüşünün start fiti dekabrın 23-ü, Bakı vaxtı ilə saat 16:00-da səslənəcək.