"Əl Nəsr" "Qalatasaray"ın futbolçusuna göz dikdi
"Qalatasaray"da icarə əsasında çıxış edən nigeryalı futbolçu Viktor Osimhen karyerasını "Əl-Nəsr" klubunda davam etdirə bilər.
Sportline.az insayder Abdulaziz Əl Osaiminin məlumatına istinadən xəbər verir ki, "Əl-Nəsr" klubu Viktor Osimheni transfer etmək üçün hərəkətə keçib.
"Əl-Nəsr"in rəhbərliyi Osimhen üçün "Napoli"yə rəsmi təklifi yanvar ayında göndərəcək.
"Napoli" Osimhen üçün 75 milyon avro tələb edir.
Qeyd edək ki, 25 yaşlı futbolçu bu mövsüm "Qalatasaray"ın heyətində çıxış etdiyi 14 matçda 10 qol və asistlə yadda qalıb.